25 may 2016 15:40
İnter, Qəbələ, Qarabağ və Neftçi Real, Barselona, MY və Bavariyaya qarşı
İyul ayında Şanlıurfada (Türkiyə) 15 yaşadək futbolçular arasında beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycan klubları da iştirak edəcək.
Belə ki, "İnter", "Qəbələ", "Neftçi" və "Qarabağ" klublarına artıq iştirakla bağlı dəvət göndərilib. Turnirin təşkilatçıları həmçinin İspaniyanın "Real", "Barselona", İngiltərənin "Tottenhem", "Mançester Yunayted", "Liverpul", "Çelsi", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Şalke", Portuqaliyanın "Portu", Hollandiyanın "Ayaks", Türkiyənin "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" klubundan da cavab gözləyirlər.
