25 may 2016 15:20
İnter Xəzər Lənkəranın sabiq müdafiəçisi ilə güclənir
"İnter" "Xəzər Lənkəran"ın sabiq müdafiəçisi ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, söhbət rumıniyalı futbolçu Adrian Skarlatakedən gedir.
Bakılılar artıq Skarlatake ilə müqavilənin bütün detallarını müzakirə edib, razılığa gəliblər. Hətta müqavilənin surəti Rumıniyaya göndərilib. Tərəflərin bir illik müqaviləyə imza atması gözlənilir.
