25 may 2016 14:00

Şahin Diniyev: Kəpəz-də birlik olmasaydı, nəinki Şahin Diniyev, heç Joze Mourinyo və ya Xosep Qvardiola da nəticə əldə edə bilməzdi

“Kəpəz” PFK-nın baş məşqçisi Şahin Diniyev müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Şahin müəllim, əvvəlcə istərdim ki, mövsümün yekunları haqda danışaq.
- Çempionatın startında Avroliqaya çıxacağımız deyilsəydi, inandırıcı çıxmazdı. Çünki komanda sıfırdan yığıldı. Əksər futbolçuların klubları ilə müqaviləsi vardı, sərbəst oyunçu tapmaq çətin məsələ idi. Açığı, heç bir komandaya ehtiyac olmayanlarla yola başladıq. Komanda məsuliyyəti dərk etdi və işə çox ciddi yanaşdı. Gəncə azarkeşləri üçün nə gücümüz varsa, meydanda qoymağa çalışdıq. “Kəpəz” həqiqətən də başından yuxarı tullanmağı bacardı. Kasad heyət və zəif büdcə ilə qitə miqyaslı turnirə vəsiqə qazanmışıqsa, bunu uğur hesab etmək olar.

- Buna nəyin sayəsində nail olduz?
- Hər şeydən əvvəl biz ailə komandası yaratdıq. Futbolçular, məşqçilər, klub rəhbərliyi, Müşahidə Şurası, şəhər rəhbərliyi və azarkeşlər bir ailə oldular. Mərkəzləşmiş sistemlə işləyib bir yerə vurduq. Futbolda dağınıq klub nəticə qazana bilməz. Əldə etdiyimiz nəticədə hamının rolu, əməyi var.Birliyimiz, mehribanlığımız şedevr əsəri – “Kəpəz”i ortaya çıxardı. Hələ uğurlarımız qabaqdadır, potensialımız var. Gəncəyə ortabab komanda yaraşmır. Buradakı azarkeşlər böyük futbolu görüblər, onları başqa bir şeylə təəccübləndirmək lazımdır. Mənə elə gəlir ki, biz bu mövsüm bunu bacara bildik.

- “Kəpəz”in uğurlarında Şahin Diniyev amili daha çox qabardılır. Siz bununla razısız?
- Səmimiyyətimə inanın, tək bir güllə bahar olmur. Komandada birlik olmasaydı, nəinki Şahin Diniyev, heç Joze Mourinyo və ya Xosep Qvardiola da nəticə əldə edə bilməzdi. Hardasa əməyim varsa və bunu qiymətləndirirlərsə, şadam. Uğurumuzda futbolçuların və azarkeşlərin zəhməti daha çoxdur. Klubumuzda mən sözü olmadı, biz olaraq bura yerə gəlib çıxdıq.

- Ehtiyat oyunçular skamyasının qısa olması da, komandanın uğur qazanmasına mane olmadı. 
-  Heyətimiz o qədər kasad idi ki, rotasiya etməyə imkanımız yox idi. Hətta elə bir an yaranmışdı ki, futbolçular çox yorğun idilər və onları heyətə qoymaq belə günah idi. Komandanın oyununda eniş də oldu, yüksəliş də. Amma simamızı itirmədik. “Kəpəz” olaraq hər bir komanda ilə başa-baş oynadıq, mübarizə apardıq. Ehtiyatda olan futbolçuları aşağılamaq istəmirəm, kim nə bacardı oynadı. Çalışacağıq gələn mövsüm belə problemimiz olmasın. Hər bir mövqedə iki bərabər səviyyəli oyunçu olmalıdır ki, həm komanda, həm də futbolçu inkişaf etsin. Çatışmazlıqlara baxmayaraq hər bir oyuna azarkeşlərimizi fikirləşə-fikirləşə çıxdıq, onları sevindirməyə çalışdıq.

- Komandanın heyətini mövqelər üzrə dəyərləndirsək, hansı mövqedən razı, hansından narazı qaldığınızı deyə bilərsiz?
- Komandamız hər şeydən öncə vəhdət təşkil edə bildi. Kiməsə görə udub və ya uduzduğumuz oyun olmadı. Sistem qurduq və bu sistemin də icraçıları futbolçular oldu. Tapşırığa uyğun oynamağa çalışdıq, vəzifəsinin öhdəsindən az gələn də oldu, çox gələn də. Amma kompakt şəkildə çıxış etdik. Hər bir mövqe üzrə çoxlu səhvlərimiz də oldu, uğurlu çıxışlarımız da. “Qarabağ”dan sonra çempionatda ən çox qol vuran komandayıq. Lakin buraxdığımız top sayı öndə gedən komandaya yaraşmayan haldır. Bunda problem müdafiəçilərdə yox, müdafiə olunmağımızda idi. Arxa xəttdə etibarlılığı artırıb, hücumda daha rəngarəng oynamalıyıq. Bunu bacara bilsək, gələn mövsüm daha yaxşı şəkildə çıxış edə biləcəyik.   

- Mövsüm ərzində nəticəsini unuda bilmədiyiniz oyunlar hansıdır?
- Həm uğurlu, həm də uğursuz oyunlar oldu. Qəbələ səfərində Dario Frederikonun artırma dəqiqəsində vurduğu qolla 1:2 hesabı ilə qələbə qazandığımız matç yadda qalan oldu. Söhbət qələbədən yox, əlverişsiz hava şəraitinə görə iki gün meydana çıxmağımızdan gedir. Uşaqlar çətin bir şəraitdə xaraktergöstərdilər. Uğursuz deməzdim, amma adama çox təsir edən üzücü qollar buraxmağımızı da unutmaq çətindir. “Zirə”yə qarşı iki oyunda son dəqiqələrdə qollar buraxıb qələbədən olmağımızı qeyd edərdim. Dörd xal itirməyimiz sonda bizi medaldan da etdi. “Neftçi” ilə son ev oyunumuzu unutmaq çətindir. İlk yarıda meydanda möhtəşəm “Kəpəz”vardı, amma fasilədən sonra tamam başqa komandanı gördük. Məşqçi üçün çox çətindir belə oyunlardan sonra təhlillər aparmaq. “İnter” ilə Gəncədəki qarşılaşmalarda qalib gəlməli olduğmuz halda iki dəfə heç-heçə oynadıq. Belə oyunlar çoxdur. Futbolun da gözəlliyi gözlənilməzlikdir. Həyat davam edir, irəli baxmaq lazımdır. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.