25 may 2016 13:40
Aslan Kərimov: Finalda əlavə vaxt və penalti olmayacaq
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov "Neftçi" və "Qarabağ" arasında bu gün baş tutacaq kubokun final matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, bu oyunda əlavə vaxt və penalti olmayacaq. Çünki matçda aşkar favorit var. "Neftçi" öz oyun stilini dəyişməyəcək və hücum etməyə çalışacaq. "Qarabağ" da müdafiədə oturmayacaq. Hər iki komandada qol vurmağı bacaran futbolçular var. Fərq yalnız ondadı ki, "Qarabağ"da belə oyunçuların sayı daha çoxdur. "Qarabağ"a asan olmayacaq. Amma 2:1 və ya 3:1 hesabıyla qalib gələcək".
