25 may 2016 11:30

Ruslan Qurbanov: Neftçi finala tam hazırdır, kuboku qazanmaq istəyirik

"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Kubokunun final matçı çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Qarabağ"la oyuna tam hazırıq. Bu, bizim üçün bəlkə də mövsümün əsas oyunudur. Kuboku qazanmaq istəyirik. Amma rəqibin gücünü və səviyyəsini də yaxşı bilirik. Mövsümün son matçıdır. Fikrimcə, matçı izləməyə gələcək azarkeşlər də maraqlı oyunun şahidi olacaqlar".

Paytaxt klubunun forvardı rəqib qarşısında üstünlüklərindən də sözaçıb: "Çox yaxşı fanatlarımız var. Bu, bizim üstünlüyümüz sayıla bilər. Onlar bizə inanırlar, sonadək dəstəkləyirlər. Daha bir üstünlüyümüz yerli və gənc futbolçulardan ibarət heyətimizin olmasıdır. "Qarabağ" görüşün favoritidir. Çünki ardıcıl üç mövsümdür ölkə çempionu olur. Amma final bir oyundan ibarət olur. Buna görə də biz qələbə qazanmaq üçün hər şeyə hazırıq".

Qurbanov mümkün hakim səhvlərindən də söz açıb: "Mən ölkə kubokunun finalının əcnəbi hakimə tapşırılmasını istəmirəm. Azərbaycanda da yaxşı hakimlər var. Fikrimcə, kimin hakim təyin olunmasının fərqi yoxdur. İstənilən hakim səhv edə bilər. Əsas odur ki, həmin səhvlər nəticəyə təsir etməsin".

"Premyer Liqanın son mövsümünü bombardir kimi başa vurmaq istəyərdim. Amma 13 qol vura bildim. Bu, mənim üçün yaxşı nəticədir. Dani Kintananı da vurduğu 15 qol və bombardir olması münasibətilə təbrik edirəm".

Hücumçu sonda öz gələcək planları barədə danışıb: "Təkliflər var. Bunu reklam xatirinə demirəm. Amma məni heyətində görmək istəyən klublar ilk növbədə "Neftçi" ilə əlaqə saxlamalıdırlar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.