25 may 2016 00:45

Qəbələ iki futbolçu ilə yollarını ayırdı

“Qəbələ” iki futbolçu ilə - Samir Zərgərov və Arif Daşdəmirovla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, 2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Daşdəmirov komandanın heyətində 46 oyun keçirib. 1 qol vuran cinah müdafiəçisi Premyer Liqada 30, UEFA Avropa Liqasında 14, Azərbaycan kubokunda 2 oyuna çıxıb. Yeganə qolunu ölkə çempionatında vuran 29 yaşlı arxa xətt oyunçusu “Qəbələ” ilə Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2009-2010 mövsümündə də “qırmızı-qara” forma geyinən Arif bu komandada ümumilikdə 64 oyun keçirib, 1 qol vurub.

2015-2016-cı illər mövsümündən əvvəl heyətə qatılan Zərgərov “Qəbələ”də keçirdiyi 38 matçda 3 dəfə qol sevinci yaşayıb. 29 yaşlı yarımmüdafiəçi 3 qol vurduğu Premyer Liqada 26 matç keçirib. Ölkə kubokunda 3, avrokuboklarda 9 matçın iştirakçısı olan Samir komanda ilə Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2006-09-cu illərdə də “Qəbələ”də çıxış edən Zərgərov ümumilikdə 122 matçda geyindiyi “qırmızı-qara” forma ilə 13 qola imza atıb.

“Qəbələ” İdman Klubu Arif Daşdəmirov və Samir Zərgərova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.