25 may 2016 00:15

Neftçi Qarabağa yenə qızıl dubl imkanı yaradacaq?

Bu gün Azərbaycan Kubokunda 2015-2016-cı illər mövsümünün final oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə həlledici qarşılaşmada “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.

Kubokda 11-ci dəfə yolları kəsişən komandalar əvvəlki 10 dueldə 18 matçda üz-üzə gəliblər. 6 dəfə “Qarabağ”, 4 dəfə “Neftçi” mərhələdə qalib gəlib. Ümumi qələbə sayında da üstün olan Ağdam klubu 8, paytaxt təmsilçisi 5 dəfə qələbə qazanıb. Daha beş oyun heç-heçə bitib. Topların fərqində isə "ağ-qaralar"ın cüzi üstünlüyü var - 16:15. Kubokdakı son 3 qarşılaşmada hər iki komanda qol vurub.

Bu komandaların əvvəlki kubok duellərindən yalnız iki matç finala təsadüf edib. İlk dəfə 1995/96 mövsümündə bu iki klub həlledici matçda üz-üzə gəliblər. Həmin oyunda "Neftçi" 3 cavabsız qolla qalib gələrək, baş mükafata sahib çıxıb. Sonuncu dəfə isə Ağdam və paytaxt klubları ötən mövsüm kubokun finalında qarşılaşıblar. Bu dəfə isə ağdamlılar ilk 3:1 hesabıyla qalib gələrək, həm də "qızıl dubl"a imza atmışdılar.

Qurban Qurbanovun komandası yenə "qızıl dubl"a imza atmaq arzusundadır. Premyer Liqada çempionluğu bir neçə tur öncədən təmin edən, çempionatdakı son oyunları kuboka hazırlıq kimi başa vuran ağdamlılar "Neftçi" ilə duelin aşkar favoriti sayılırlar. Hər halda paytaxt klubunun çempionatı altıncı pillədə başa vurması da çempionla müqayisədə hansı durumda olduğunun göstəricisi sayıla bilər.

Amma Vəli Qasımovun baş məşqçi təyinatından sonra "Neftçi"nin həm nəticələrində, həm də oyununda irəliləmə hiss olunur. Komandanın "Qəbələ"ni mübarizədən kənarlaşdırıb, finala yüksəlməsi də təsadüfi deyil. Paytaxt klubu bu oyunda titul qazanmaqla nəinki bu, hətta son mövsümlərdəki uğursuzluğu unutdurmağa çalışacaq. Bu, avrokuboklar öncəsi komandaya ünvanlanan çoxsaylı tənqidlərin də azalmasına şərait yarada bilər.

Azərbaycan Kuboku
Final

25 may (çərşənbə)

20:00. “Qarabağ” - “Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.