24 may 2016 19:00

Vəli Qasımov: Fiasko mövsümün əvvəlində baş verib, finalda uduzmaqla olmayacaq

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Bizi çətin oyun gözləyir. "Qarabağ" sabit çıxış edən, güclü heyətə malik komandadır, ölkənin ən yaxşısıdır. Bizim də perspektivli futbolçularımız çoxdur. İnanıram ki, sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

"Komandada gərginlik yoxdur. Biz son dövrlər daha sabit oynamağa başlamışıq, oyun sistemimiz alınır. Özümüzü yaxşı hiss edirik. Gücümüzə inamımız var. Titul qazanmaq üçün hər şeyi edəcəyik".

"Cütlüyün favoriti "Qarabağ"dır. Amma final bir oyundan ibarətdir. Potensialımız var. Yaxşı matç keçirə bilərik. Düzgün oynasaq, az səhv etsək, nəticə qazanmağımız mümkündür".

"Şota Arveladzenin "Neftçi"yə gələcəyi barədə mən də ancaq mətbuatdan oxumuşam. Amma bu xəbərlər hamısı yalandır".

"Aylton bu görüşdə bizə kömək edə bilməyəcək. Bu, bizim oyunumuza təsir edə bilər. O, güclü oyunçudur. Meydanda olmaması bizim üçün itki olacaq. Onu kiminlə əvəz edəcəyimizi hələ müəyyənləşdirməmişik. Amma müəyyən fikrimiz var. Heyətlə bağlı dəyişiklik mümkündür. Lakin sistemimizdə heç bir dəyişiklik olmayacaq. Çünki öz oyun planımız var".

Qasımov finalda mümkün məğlubiyyətdən də danışıb: "Bu görüşdə məğlubiyyət fiasko sayılmayacaq. Fiasko mövsümün əvvəlində baş verdi. Hansı ki, tez-tez uduzurduq. Biz finalda qələbəni rəqibdən daha çox arzulayırıq. Onlar artıq çempion olublar. Bir baş məşqçi kimi mən də kuboku qazanmağı çox istəyirəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.