24 may 2016 16:30

Orxan Qurbanlı: Latviya klubu ilə yollarımızı ayırmışıq

Azərbaycanın gənclərdən ibarət yığma komandasının yarımmüdafiəçisi Orxan Qurbanlı Latviyanın "Dauqava" klubundan ayrılmasından, eləcə də müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıtmaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Yenidən yığmaya dəvət aldığım üçün şadam. Düzünü deyim ki, millinin məşqçilər korpusunun çıxışımı izlədiyini bilirdim. Bu üzdən də milliyə dəvət almağım mənim üçün gözlənilməz olmadı. Komandamıza kömək etmək istəyirəm.

"Dauqava"ya gəlincə, artıq bu klubdan ayrılmışıq. Ola bilər ki, yenidən oraya qayıdaq. "Neftçi"yə qayıtmaqla da bağlı hələ dəqiq bir söz deyə bilmərəm. Öncə toplanışa yollanacağıq, yalnız ondan sonra burada qalıb-qalmayacağımız bilinəcək. İndidən nəsə demək tezdir".

Qeyd edək ki, Qurbanlı ilə yanaşı, Latviya klubunda Mirabdulla Abbasov da çıxış edirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.