24 may 2016 16:15

Qurban Qurbanov: Bizi ən ağır oyun gözləyir

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək "Neftçi" ilə ölkə kubokunun final matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

"Final oyunu hər bir futbolçunun arzusudu. Əlbəttə, hər oyunçu bu finalda qələbə qazanmaq istəyir. Mövsüm bizim üçün uğurlu keçdi. Buna baxmayaraq, hər oyunçu bu matçın nə qədər əhəmiyyətli olduğunu başa düşməlidi. "Neftçi" son dövrlər yaxşı oyun sərgiləyir. Güclü komandaya qarşı oynayacağıq. Hər bir komanda istəyər ki, kuboku qazansın. Ancaq kuboku bir komanda qazanacaq. Bu, mövsümün ən ağır oyunu olacaq. Rəqibin heyətində güclü oyunçular var. Araz Abdullayev, Anyete, Ruslan Qurbanov, Elşən Abdullayev və Rəhman Hacıyev yaxşı formadadır, hər biri çox sürətli futbolçudu. Sabah müdafiədə xüsusilə diqqətli olmalıyıq. Həm "Qarabağ", həm də "Neftçi" azarkeşlərinin say çoxdu. Ümid edirəm ki, sabah əsl futbol bayramı görəcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.