24 may 2016 14:30

Joze Alesio: Azərbaycan ən çətin qrupa düşüb

Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Joze Alesio millimizin dünya çempionatında İran, İspaniya və Mərakeşlə bir qrupa düşməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Futzalda öncədən proqnoz vermək çox çətindir. Amma mənə elə gəlir ki, Azərbaycan yığması İran və İspaniya komandası ilə mübarizə apara bilər. Bu komandanın öz ənənələri var, ən güclü komandalardan biri hesab olunur. Düzdür, Azərbaycan ilk dəfə dünya çempionatında iştirak edəcək. Amma dəfələrlə Avropa çempionatında oynamışkomandadır. Bu baxımdan təcrübəsi var. Mümkün qədər tez bir zamanda baş məşqçini müəyyənləşdirmək, heyəti komplektləşdirmək lazımdır. Çünki DÇ-nin startına artıq elə də çox vaxt qalmayıb. Hər şeyi zamanında etmək lazımdır. Buna nail olsalar, Kolumbiyada uğura ümid bəsləmək olar".

Braziliyalı mütəxəssis millimizin rəqibləri barədə də danışıb: "İranın dünya çempionatlarında böyük təcrübəsi var, güclü komandadır. Onlar mundialın yarımfinalına, finalına qədər irəliləməyi bacarırlar. İspaniya barədə nəsə demək artıq olar. Avropa və dünya çempionudur. Buna görə hesab edirəm ki, Azərbaycan yığması ən çətin qrupa düşüb. Amma bir məqam da var ki, indi istənilən rəqibə qarşı oynamaq olar. Sadəcə, bunun üçün Azərbaycan yığması baş məşqçi məsələsini həll etməlidir. Çünki yeni baş məşqçi heyətdə dəyişiklik edə bilər".

"Azərbaycandan çoxdandır heç kimlə əlaqə saxlamıram. Mənə elə gəlir ki, Azərbaycan Futzal Federasiyası atıq yeni baş məşqçi ilə razılığa gəlib. Azərbaycan yığmasına DÇ-də uğurlu çıxış etmək üçün yeni oyunçular lazımdır. Onların arasında yerlilər də olmalıdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.