24 may 2016 00:15

Qara Qarayev: Qarabağın simpatiyası, hörməti məni burda qalmağa məcbur edir

“Qarabağ”ın dayaq yarımmüdafiəçisi Qara Qarayev azerisport.a saytına müsahibəsində komandasının çempionluğundan danışmaqla yanaşı, “Neftçi”yə keçəcəyi haqda söz-söhəbətlərə münasibət bildirib:

- Ardıcıl üçüncü dəfə çempion olursuz. Bu mükafat dəyərini itirmir?
- Hələ mövsüm başa çatmayıb. Hər titulun öz yeri, öz gözəlliyi var. İndiyə qədər istəyimizə çatmışıq. Kubokun finalında da qələbə qazanıb, mövsümü "qızıl dubl"la başa vurmaq istəyirik.

- Gənc yaşda 3 dəfə çempion olmağın hissi necədi?
- Gözəl duyğulardı. Artıq gələcəkdə nəvələrimə göstərə biləcəyim daha bir medal qazandım. Bunu mənə qismət etdiyinə görə Allaha şükür edirəm. Bu mükafatlar bizi çox çalışmağa məcbur edir.

- Azərbaycanda mümkün olan ən yüksək titulu qazanmısan. Artıq ölkə xaricində karyera qurmağı düşünmürsən?
- Qışda əcnəbi klublardan təklif almışdım. Təbii ki, məşqçilərimlə məsləhətləşmələr apardıq. Qaneedici şərtlər olsa, ölkə xaricinə yollanmaq olar. Amma bu gün getməklə bağlı plan yoxdu.

- "Neftçi”yə keçəcəyinlə bağlı xəbər yayılıb. Nə dərəcədə realdı?
- Mətbuatda bununla bağlı yazılanların hamısı yalandı. Heç bir yerə getmirəm. Komandamı dəyişməyə ehtiyac yoxdu. “Qarabağ”ın simpatiyası, hörməti məni burda qalmağa məcbur edir. Məcbur olmadıqca bu komandadan ayrılmayacam.

- Qış fasiləsindən sonra səninlə eyni mövqedə çıxış edən Miçel yaxşı çıxış edir. Avrokuboklarda ispan futbolçuya görə ehtiyatda qalacağını düşünmürsən?
- Bu suala baş məşqçi cavab verə bilər. Desəm ki, mən az, ya çox oynayacam, başqa mənaya yozula bilər. Baş məşqçimiz hansı qərar versə, ona hörmətlə yanaşacam. Bu bayraq altında çıxış etmək mənim üçün şərəfdi.

- Kubok oyunundan dərhal sonra millinin toplanışına qoşulacaqsan. Yorğunluq sözünü deyəcək?
- Bəzi futbolçular dincəlməyə yollanacaq, amma bizim işimiz mayın 25-dən sonra da davam edəcək. Çempionat başa çatsa da, millinin toplanışına qatılacağıq. Özümüzdə güc hiss edirik.

- Bu, avrokubok oyunları ərəfəsində yorğunluq yaratmayacaq?
- Bu, bizim işimizdi. Sona qədər oynayacağıq. Yorulsaq da, hiss etdirməməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.