24 may 2016 00:05
Samuel Armenteros Qarabağ ilə yollarını ayırdı
"Qarabağ"ın hücumçusu Samuel Armenteros Ağdam klubu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, o, bu barədə "Tvitter"dəki səhifəsində məlumat yayıb.
Hücumçu bildirib ki, onun "Qarabağ"la müqaviləsinin müddəti başa çatıb. Armenteros hətta azad agent statusu aldığı üçün məmnunluğunu da ifadə edib.
