23 may 2016 18:20

Samir Məsimov: Milliyə klubumda sabit çıxış edəcəyim halda dəvət gözləyə bilərəm

Sloveniyanın "Domjale" klubunun azərbaycanlı yarımmüdafiəçisi Samir Məsimovun azerisport.az saytına müsahibəsi

- Sloveniya çempionatındakı ilk mövsümdəcə bürünc medal qazanmağınızla bağlı nə deyə bilərsiniz?
- Bu nəticəyə görə şadam. Komandamız layiqli şəkildə üçüncü oldu. Amma daha yaxşı çıxış edə bilərdik. Ev oyunlarında həddən artıq çox xal itirdik. İstənilən halda, əsas hədəf avrokuboklara vəsiqə qazanmaq idi, buna da nail olduq.

- Növbəti mövsüm üçün planlarınız necədir
- "Domjale" ilə üç illik müqaviləm var. Heç bir yerə getməyə hazırlaşmıram.

- Mövsüm sizin üçün necə keçdi? Razı qaldınız?
- Məni son iki ayda zədələr və xəstəlik rəncidə etdi. Buna görə çox məşq, eyni zamanda oyunu buraxdım. Amma bütövlükdə, hər şeyin o dərəcədə pis olmadığını deyə bilərəm. Sadəcə, daha çox çalışmaq, artırmaq, irəliyə getmək lazımdır.

- Deməli, növbəti mövsüm sizi daha çox oynayan görəcəyik?
- Zaman göstərəcək (gülür). Mən də buna ümid edirəm.

- Yığmamızın Avstriya toplanışına dəvət almamağınıza üzülmədiniz?
- Mən onsuz da Robert Prosineçkidən dəvət gözləmirdim. Səbəbi sadədir: son zamanlar klubumda az oynayırdım.

- "Domjale"də mütəmadi əsas heyətdə oynayacağınız halda milliyə dəvət alacağınıza əminsiniz?
- Klubunda sabit oynamaq çox vacibdir. Yalnız belə olan halda millidən dəvət gözləyə bilərəm.

- Sloveniya çempionatına tam uyğunlaşa bilmisiniz? Növbəti mövsümün sizin üçün daha asan olacağını söyləmək olar?
- Bəli. Əvvəllər çətin idi, amma indi hər şey yaxşıdır. Özümü əla hiss edirəm.

- Harada istirahət edəcəksiniz?
- Moskvada.

- "Qarabağ"la "Neftçi" arasında baş tutacaq final oyunundan nə gözləyirsiniz?
- Fikrimcə, mükafatı daha çox arzulayan qazanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.