23 may 2016 12:00
Qəbələ rəsmisi: Qriqorçuk postunda qalacaq
"Qəbələ"nin baş meneceri Zaur Əzizov baş məşqçi Roman Qriqorçukun bölgə klubundakı gələcək taleyi ilə bağlı açıqlama verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz onunla əməkdaşlığa davam edəcəyik. Hələ ötən ilin dekabr ayında Qriqorçukla müqavilənin müddəti artırılmışdı. Yeni anlaşmaya görə, ukraynalı mütəxəssis 2017-ci ilin ortalarına qədər klubumuzu çalışdırmalıdır. Qriqorçuk öz postunda qalacaq.
Komandada ediləcək dəyişikliyə gəlincə, biz hazırda istirahətdə olan baş məşqçi ilə tez-tez əlaqə saxlayırıq. Yeni dəyişiklər olduqca, məlumat verəcəyik".
