23 may 2016 11:30
AFFA-nın yeni rəsmi fanşopu açıldı
"Port Baku"nun 3-cü mərtəbəsində AFFA-nın rəsmi fanşopu açılıb. Azerisport.az xəbər verir ki, burada azarkeşlər Azərbaycan milli komandalarının rəsmi oyun, məşq və nümayiş geyimlərini əldə edə bilərlər.
Açılışda milli komandamızın üzvləri Kamran Ağayev, Qara Qarayev və Araz Abdullayev iştirak ediblər, azarkeşlərə imza paylayıblar.
