23 may 2016 11:15

Muarem Muarem: Bu dəfə həmin uğura ÇL-də imza atmaq istəyirik

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- Ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olduqdan sonra özünüzü necə hiss edirsiniz?
- Çox xoşbəxtəm. Qarşıda bizi Avropa macərası gözləyir. Bu il Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Amma bundan öncə "Neftçi" ilə kubokun final oyunu var. Ötən il olduğu kimi, "qızıl dubl"a imza atmaq istəyirik. Kuboku da qazandıqdan sonra rahatca istirahətə yollana bilərik.

- "Neftçi"nin son dövrlərdəki uğurlu çıxışı sizi narahat etmir?
- Mövsümün əvvəlində problemləri var idi. Amma hazırda yaxşı forma yığıblar. Fikrimcə, bizi yaxşı oyun gözləyir. Çox istərdim ki, stadionda əla atmosferin şahidi olaq.

- Sizcə, mövsümün ən yaxşı futbolçusu kimdir?
- Fikrimcə, bu futbolçu mərkəz oyunçularından biri olmalıdır. Buna görə də ən yaxşı kimi Riçard Almeydanı qeyd edərdim. Bu çempionluğumuzda da onun böyük xidmətləri var.

- Yanvarda komandaya qayıdan Muarem artıq "Qarabağ"a tam uyğunlaşıb?
- Düzünü desəm, bəzi problemlər var idi. Çünki "Əskişəhərspor"da ehtiyatda qaldığım üçün oyun təcrübəm az idi. Amma tədricən forma yığmağı bacardım. Əvvəllər bir neçə il burada oynadığımı nəzərə alsaq, uyğunlaşmaq mənim üçün çətin olmadı. Həm də "Qarabağ"ın oyun sxemini çox yaxşı bilirəm.

- "Qarabağ"ın ÇL-in qrupunda oynaması üçün heyəti gücləndirməsinə ehtiyac var, ya elə bu heyət də onu bacaracaq gücdədir?
- Heyətlə bağlı bütün məsələləri məşqçilər korpusu həll edir. Ardıcıl iki ildir Avropa Liqasının qrup mərhələsində oynayırıq. Bu dəfə isə həmin uğura ÇL-də imza atmaq istəyirik. Bu hədəfimizə çatmaq üçün də çox yaxşı hazırlaşmalıyıq.

- Sirr deyilsə, təsnifat mərhələsinin startında hansı komanda ilə qarşılaşmaq istərdiniz?
- Əsas odur ki, biz starta tam hazır olaq. Belə olan halda rəqibimizin kim olmasının fərqi yoxdr. Rəqiblərimizə yuxarıdan aşağı da baxmaq fikrim yoxdur. Amma seçim imkanım olsaydı, Makedoniya "Vardar"ını seçərdim.

- Bu ayın sonunda Azərbaycan və Makedoniya yığmaları Avstriyada yoxlama oyunu keçirəcək. Amma sizə Makedoniya yığmasından dəvət gəlmədi...
- Angelovskinin məni niyə yığmaya dəvət etmədiyini bilmirəm. Onun qərarına hörmət edirəm. Həyat davam edir. Bundan sonra da üzərimdə çalışacağam. Ümid edirəm ki, bu oyun həm Azərbaycan, həm də Makedoniya üçün uğurlu alınar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.