23 may 2016 00:05
Nelson Bonilya: Bombardir ola bilmədiyimə görə üzülmürəm
"Zirə"nin hücumçusu Nelson Bonilya "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintananın Topaz Premyer Liqasının bombardiri olmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Danini bu uğuru münasibətilə təbrik edirəm. Ona karyerasında daha böyük uğurlar arzulayıram. Bu, mənim üçün gözlənilməz olmadı. "Qarabağ" bütün cəbhələrdə qələbə qazanır. Bombardir olmaq şansımı əldən verməyim məni məyus etmir. Mövsüm ərzində 14 qol vurmağım mənim üçün yaxşı göstəricidir. "Zirə" elə də böyük klub deyil və onun heyətində bu qədər qol vurmaq uğurdur".
