22 may 2016 17:00
Qarabağ da kubokun final matçının biletlərini satışa çıxardı
Mayın 25-də Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" bu matçın biletlərini bu gündən etibarən satışa çıxarıb. Azerisport.az xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərsiniz.
Qeyd edək ki, Ağdam klubunun azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.
Xatırladaq ki, "Qarabağ" - "Neftçi" matçı mayın 25-də keçiriləcək və saat 20:00-da start götürəcək. (klub saytı)
