22 may 2016 16:30
Dieqo Kosta: Ümid edirəm ki, Qəbələ avrokuboklarda uğurlu çıxış edəcək
"Qəbələ"nin sabiq qapıçısı Dieqo Kosta bildirib ki, hərdən keçmiş komandasının çıxışı ilə maraqlanır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İmkan olduqca, "Qəbələ"nin çıxışı ilə maraqlanıram. Düzünü deyim ki, orada daha çox qalmaq istəsəm də, alınmadı. Bir müddət öncə onların "Neftçi" ilə kubok oyunlarını izlədim. Təəssüf ki, keçmiş komandam yarımfinalda mübarizəni dayandırdı. Ümid edirəm ki, avrokuboklarda daha yaxşı çıxış edəcəklər. "Qəbələ" yaxşı azarkeşləri olan böyük klubdur. Bu komandaya hörmətim var. Amma hazırda orada heç kimlə əlaqəm yoxdur. İndi Setubal "Vitoriya"sında çıxış edirəm. Lakin Azərbaycan da daxil olmaqla istənilən ölkədən sərfəli təklifi dəyərləndirməyim mümkündür".
