22 may 2016 16:00
Qara Qarayev: Bu medalları gələcəkdə nəvələrimə göstərəcəyəm
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev ardıcıl üçüncü dəfə Azərbaycan çempionu adını qazanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim kimi gənc yaşda bir futbolçunun ardıcıl üçüncü dəfə ölkə çempionu olması çox yaxşı uğurdur. Çox xoş hisslər keçirirəm. Bu medalları gələcəkdə nəvələrimə göstərəcəyəm. Amma bu uğurların davamının gəlməsi üçün üzərimdə daha çox çalışmalı, bundan da çox məşq etməliyəm. Gələcək karyeramla bağlı sadəcə, onu deyə bilərəm ki, "Qarabağ"ı tərk etməkdən söhbət belə gedə bilməz".
