22 may 2016 15:00
İnter beş futbolçusu ilə müqavilə yenilədi
Azərbaycan Premyer Liqasında keçirilən son turdan sonra "İnter"in heyəti istirahətə buraxıldı. Azerisport.az xəbər verir ki, komanda iyun ayının 18-də "İnter Arena" stadionuna toplaşaraq növbəti mövsümə hazırlaşacaq.
Müqavilə müddətləri başa çatmış futbolçularla da yeni razılaşmalar əldə olunur. Belə ki, Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib.
Digər futbolçularla danışıqlar gedir. Məsələ ilə bağlı məlumat veriləcək. (klub saytı)
