22 may 2016 12:30
Məsimovun klubu mövsümü 3-cü pillədə başa vurdu
Sloveniya çempionatında mövsümün sonuncu - 35-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Krska" ilə qarşılaşıb. Matç qolsuz başa çatıb - 0:0. Ötən oyunda qırmızı vərəqə alan Məsimov bu görüşü buraxmalı olub.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 55 xalla mövsümü üçüncü pillədə başa vurub.
