22 may 2016 11:00
Dadaşov mövsümün son matçında qol vursa da...
Almaniyanın Şimal-Şərq Regional Liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Karl Zeyss" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 2:5. Rüfət bu matçda 90 dəqiqə meydanda olub. O, 73-cü dəqiqədə hesab 1:1 olarkən qol da vurub və komandasını hesabda önə keçirib. Amma 77, 79, 88 və 90-cı dəqiqələrdə 4 qol buraxan futbolçumuzun klubu mövsümü belə acı məğlubiyyətlə başa vurmalı olub.
Qeyd edək ki, Dadaşovun komandası mövsümü 23 xalla 18 klub arasında 17-ci pillədə başa vurub.
