22 may 2016 01:00
İsrafilov oynadı, Kordoba 3 xalı 3 qolla qazandı
Futbol üzrə İspaniyanın ikinci liqasında 39-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda "Elçe" ilə qarşılaşıb. Qarşılaşma İsrafilovun komandasının qələbəsi ilə başa çatıb - 3:1. Eddi bu görüşün 83-cü dəqiqəsində, hesab 2:1 olarkən meydana çıxıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 58 xalla 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.
