22 may 2016 00:50
Aqolli Albaniya yığmasının AÇ öncəsi açıqlanan heyətində
Futbol üzrə Albaniya yığmasının Fransada keçiriləcək AÇ-2016-da iştirak edəcək ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, 27 nəfərlik siyahıda "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də adı var.
Qeyd edək ki, Albaniya yığması AÇ öncəsi iki yoxlama oyununda qüvvəsini sınayacaq. Albanlar mayın 29-da Qətərlə, iyunun 3-də isə Ukrayna ilə üz-üzə gələcəklər.
