Rövnəq Abdullayev: UEFA AÇ-nin təşkilatçılığını yüksək qiymətləndirdi
AFFA prezidenti Rövnəq Abdullayev Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının Portuqaliya və İspaniya yığmaları arasındakı final matçından sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Turnir normal keçdi. Təşkilatçılıq bütün standartlara cavab verirdi. UEFA da bu təşkilatçılığı yüksək qiymətləndirdi. Açılış və bağlanış mərasimləri uğurlu keçdi. İştirakçı komandalardan daha çox Portuqaliya yığması xoşuma gəldi. Bu komanda layiqli olaraq çempionatın baş mükafatına sahib çıxdı. Azərbaycan yığması da AÇ-də yeganə məğlubiyyətini bu komandadan aldı. Bu da uşaqlarımızın inkişafda olduğundan xəbər verir. Onlar bizim ümidlərimizi doğrultdular. Bu, böyük turnir olsa da, yığmamız belə bir yarışda bizi məyus etmədi".
