22 may 2016 00:20

Arveladze: Gürcüstanda Azərbaycandakı infrastruktur yoxdur

Gürcüstan futbolunun canlı əfsanəsi, qonşu ölkənin yığma komandasının, eləcə də Tiflis "Dinamo"sunun, Hollandiya "Ayaks"ının, Şotlandiya "Qlazqo Reyncers"inin sabiq hücumçusu Şota Arveladze 17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatının Portuqaliya və İspaniya arasında "Bakcell Arena"da keçirilən final matçını canlı izləyənlər arasında idi. Azerisport.az xəbər verir ki, matçdan sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Bakıdakı turnirlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Hər şey xoşuma gəldi. Fikrimcə, artıq Azərbaycanda da böyük turnirlərin keçirilməsi zamanı gəlib. Bu AÇ-nin təşkilatçılığı göstərdi ki, ölkəniz belə yarışları yüksək səviyyədə keçirməyi bacarır. 2020-ci ildə Bakıda böyüklər arasında Avropa çempionatının matçları baş tutacaq. Avropa Liqasının, Çempionlar Liqasının finalının, Superkubok görüşlərinin də Bakıya veriləcəyini gözləyirəm.

- Siz buraya UEFA-nın dəvəti ilə gəlmisiniz, ya AFFA-nın?
- Bizi bu həlledici oyuna AFFA rəhbərliyi dəvət edib.

- Azərbaycan futbolunu izləyirsiniz?
- Bəli. Çünki burada gürcü futbolçular çıxış edir, gürcü mütəxəssislər çalışır. "İnter"in, Azərbaycan yığmasının çıxışını izləyirəm. Eləcə də "Qarabağ"la "Qəbələ"nin avrokuboklardakı oyunlarına baxmışam.

- Sizə ölkəmizdə işləmək təklifi gəlsə...
- Dəvət etsələr, o zaman danışarıq (gülür).

- Son dövrlər AFFA ilə Gürcüstan Futbol Federasiyası arasında əməkdaşlıq o qədər də diqqət çəkmir. Əvvəllər yığma komandalarımız da tez-tez qarşılaşırdı, indi isə yox. Sizcə, bunun səbəbi nədir?
- Statistikaya nəzərə salsaq, son 20 ildə iki ölkənin komandası arasında bəlkə də 50-yə yaxın oyun olub. Federasiyalar arasında dostluq var. Bizim federasiyanın tərkibi dəyişdi. Amma bu, yaxşı münasibətləri dəyişmir. Ümid edirəm ki, birgə inkişaf edəcəyik.

- Hələ ki, ayrı-ayrılıqda inkişaf edirik. Kim, nədə öndədi?
- Biz maliyyə baxımından axsayırıq. Nəticədə, infrastruktur sizdəki qədər yaxşı deyil. Heç kimin xətrinə dəymək istəmirəm, amma Gürcüstanda futbolu Azərbaycandakından daha yaxşı oynamağı bacarırlar. Bu, ənənəvi olaraq həmişə belə olub və indi də heç nə dəyişməyib.

- Bəs nə çatışmır?
- Piar. Məsələn, Portuqaliya və İspaniyanın 17 yaşlılarının final matçını izlədik. Sabah bu uşaqlar Avropanın aparıcı liqalarında çıxış edəcəklər. Onların hamısı varlı, məşhur olacaqlar. Digər gənclər də onlara baxıb nümunə götürməli, səylə çalışmalıdırlar. Bakıda keçirilən bu turnirdən hər bir futbolçu nəticə çıxarmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.