21 may 2016 18:30

180 oyunda 390 qol

Topaz Premyer Liqasının başa çatan 2015/16 mövsümündə 390 qol vurulub. Azerisport.az xəbər verir ki, baş tutan 36 turun 180 matçındakı orta məhsuldarlıq 2,17-yə bərabər olub.

Bu, ölkə çempionatlarında 3 ən aşağı göstəricidən biridir. 2010/11 mövsümündə 1,98, 2009/10 mövsümündə 2,04-lə ifadə edilən orta məhsuldarlıq digər çempionatlarda daha yüksək olub.

Başa çatan mövsümdə “Qarabağ” hamıdan çox – 66, “Xəzər Lənkəran” ən az – 16 qol vurub.

“Qarabağ” hamıdan az – 21 top buraxıbsa, “Rəvan”da bu rəqəm üçqat çoxdur – 63.

“Sumqayıt”la “Rəvan”ın keçirdiyi görüşlərdə daha çox – 90 qol vurulub. AZAL-ın iştirakı ilə baş tutan matçlarda 64 qol qeydə alınıb.

Mövsümüm qollarından 221-nə meydan sahibləri, 169-na qonaqlar imza atıblar.

Öz meydanında 40 qol vurub, 6-nı buraxan “Qarabağ” hər iki göstəricidə hamıdan yaxşıdır. “Xəzər Lənkəran” evdə 9 qol vurubsa, “Rəvan” 30-nu buraxmaqla ən aşağı göstəriciyə malikdir.

Səfərdə “Qarabağ” 26 qol vurubsa, “Xəzər Lənkəran”la AZAL hərəyə 7 dəfə fərqləniblər. Rəqib meydanında ən az qol buraxan 4 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” hərəsi 14 topa üzülüb. Ən pis göstəriciyə malik “Rəvan” rəqib meydanlarında 33 qol buraxıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.