21 may 2016 17:30

Yeni rekord: ən böyük fərq

Topaz Premyer Liqasının 2015/16 mövsümünün çempionu “Qarabağ” yeni rekorda imza atıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu mövsümü ən böyük xal fərqi ilə başa vuran komanda adını qazanıb.

2015/16 mövsümünü 84 xalla bitirən Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi “Zirə”ni 22 xal arxada qoyub. Azərbaycan çempionatlarının 24 illik tarixində heç bir komanda yekun cədvəlində belə böyük fərqlə nail olmayıb. “Qarabağ”ın rekordunadək ən yaxşı nəticə “Kəpəz”ə məxsus idi. Qərblilər 1997/98 mövsümündə 26 matçda 70 xal toplayaraq 2-ci olan “Dinamo”dan 16 xal öndə qərarlaşıb. Sonuncu turda “Qarabağ”ın AZAL-ı 3:0 hesabı ilə məğlub etməsi, “Zirə”nin isə “İnter”ə 0:1 hesabı ilə uduzması yeni rekordu rəsmiləşdirib. Əks halda isə 18 il əvvəlki rekord təkrarlanmış olacaqdı.

“Qarabağ” həm də 84 xal toplamaqla qələbəyə görə 3 xalın verildiyi çempionatlarda bir mövsümdə ən çox xal qazanan komanda adına yiyələnib. Bunadək rekord 1998/99 mövsümümdə ümumi hesabda 83 xal yığan “Kəpəz”ə məxsus idi. Hərçənd iki mərhələdə keçirilən həmin yarışda xallar mərhələlər üçün fərqli hesablanıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.