21 may 2016 17:00
Neftçi Qarabağla final matçının biletlərini satışa çıxardı
2 gün öncə final matçı üçün onlayn bilet satışına başlamış “Neftçi” bu gündən etibarən kassalardan bilet satışına start verib. Azerisport.az xəbər verir ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Qeyd edək ki, satışdakı biletlər yalnız “Neftçi” azarkeşləri üçün ayrılmış sektorlaradır.
