21 may 2016 15:00

Tural Cəlilov: Qayda mənə qarşı pozulduğu halda, penalti bizim qapımıza təyin olundu

"Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilovun azerisport.az saytına müsahibəsi

- Son turda qarşılaşdığınız "Rəvan"la oyun böyük qalmaqala səbəb oldu. Ən çox müzakirə olunan penalti epizodunda əslində nə baş vermişdi?
- Bu, tamamilə özbaşınalıqdır. Qayda pozuntusuna oxşar nəsə bir şey olsaydı, başqa məsələ. Amma burada ümumiyyətlə heç nə yox idi. Hətta kor da görər ki, orada qayda pozuntusu yoxdur. Əksinə, Ruslan Tağızadə mənə qarşı kobudluq etmişdi. Mən hələ belə bir şey görməmişəm. Deyiləsi söz də yoxdur.

- Ramil Diniyevdən olmayan penalti təyin etdiyi üçün qərarını dəyişdirməyi xahiş etmədiyinə görə Tağızadəni günahlandırmırsınız?
- Həmin epizodda Tağızadənin artistliyini bir kənara qoyaq, mən yox, o mənə toxundu, çiyni ilə məni itələyib yıxdı. Mən ona heç ayağımı da toxundurmadım. Orada penaltidən söhbət belə gedə bilməzdi.

- Deməli, Diniyevin qəsdən qapınıza penalti təyin etdiyini düşünürsünüz?
- Özüm də bilmirəm. Amma hamı, elə hakim özü də orada qayda pozuntusunun olmadığını gördü. Diniyevin fit çalarkən nəyi düşündüyünü bilmirəm.

- Əvvəllər belə halla qarşılaşmamısınız?
- Neçə ildir futbol oynayıram, heç vaxt belə şey görməmişəm. Heç qapımıza penalti təyin olunmasına da səbəbkar olmamışdım. Hakim onu da öncədən bilməlidir ki, hansı futbolçu meydanda özünü necə aparır, kim kobudluğa, kim simulyasiyaya daha çox üstünlük verir.

- Penaltidən sonra Diniyevə nə dediniz?
- Rəqibə toxunmadığıma inandırmaq üçün hətta and içdim. Amma o, qərarını dəyişmədi. Rəqib futbolçu isə sonradan açıqlama verib ki, penalti yox idi.

- Penaltidən sonra meydanı tərk etməyə qərar verdiniz. Sonra nə baş verdi ki, geri döndünüz?
- Belə özbaşınalığa necə dözmək olardı? Ona görə matçı başa vurmadan meydandan çıxmaq istəyirdik. Amma sonradan qərarımızı dəyişdik.

- Bu iki klubun nəticəsinə baxmayaraq, onsuz da nə "Rəvan", nə də "Xəzər Lənkəran" növbəti mövsüm üçün Premyer Liqada oynamağa lisenziya ala bilib. İnanırsınız ki, bu problem yoluna qoyulacaq və elitada qalacaqsınız?
- Bu məsələ klub ilə federasiya rəhbərliyi arasında müzakirə olunmalıdır. Necə olacağını bilmirəm. Qaydalara görə elitanı tərk etmişik. Növbəti illərdə "Xəzər Lənkəran"ı hansı aqibətin gözlədiyini bilmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.