21 may 2016 13:30
Ruslan Tağızadə: Hakim XL-in qapısına penalti təyin etməklə səhv etdi
"Rəvan"ın müdafiəçisi Ruslan Tağızadə Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində baş tutan qalmaqallı "Xəzər Lənkəran"la matçdan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu mövsüm istəyimizə çatdıq. Oyuna yaxşı başlasaq da, öz səhvimizdən qapımızda iki qol gördük. Matçın baş hakimi bir epizodda vurduğumuz təmiz qolu saymadı. Matçın sonlarında rəqib qapısına təyin olunan və qalmaqala səbəb olan penaltiyə gəlincə, onu vermək də olardı, verməmək də. Mən yerə yıxılanda hakimin haqlı olduğuna yüz faiz əmin idim. Amma sonradan özüm də videotəkrara baxdım və Ramil Diniyevin səhvə yol verdiyini gördüm. İstəməzdim ki, hər şey belə bitsin. Amma nə edə bilərəm? Hakim sadəcə, səhv etdi".
