21 may 2016 12:00
Muarem Muarem: ÇL-in qrup mərhələsində oynamaq istəyirik
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasında ardıcıl üçüncü dəfə çempion olmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ardıcıl üçüncü çempionluq kubokunu böyük sevinclə başımız üzərinə qaldırdıq. Çox xoşbəxtik. Qarşıda bizi Çempionlar Liqasının təsnifat mərhələsi gözləyir. ÇL-in qrup mərhələsində oynamaq istəyirik. Amma buna qədər bizim "Neftçi" ilə kubokun final matçımız var. Ötən mövsüm olduğu kimi, yenə "qızıl dubl" etmək istəyirik. Ondan sonra rahatca istirahətə yollana bilərik".
