21 may 2016 11:00

Rəşad Sadıqov: Məndən də yaxşı oynayanlar olacaq

Topaz Premyer Liqasının 2015/16 mövsümünü çempion kimi tamamlayan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov AZAL-la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- "Qarabağ"ın artıq çempionluğa alışdığını söyləmək olar?
- Alışmaq deyilən bir şey yoxdu. Şadam ki, çempion olduq. Baxmayaraq ki, çempionluğu 4-5 tur öncədən təmin etmişdik, çalışdıq ki, bu qarşılaşmada da yaxşı oyun göstərək. Çünki bizi qarşıda “Neftçi” ilə çətin final oyunu gözləyir. 4 gün sonrakı ağır oyun öncəsi istəyirik ki, hər bir futbolçu formada qalsın. Ümumilikdə isə çempionluq çox sevindirici haldır. Sevinirik, xoşbəxtik ki, yenidən ən güclü biz olduq.
 
- Ardıcıl iki mövsüm Avroliqada qrup mərhələsinə vəsiqə qazandınız, bu dəfə hədəf nə olacaq?
- Qabaqcadan nəsə demək olmur. Elə olar ki, qrupa düşərsən və ya ilk mərhələdən məğlub olarsan. Çempionlar Liqasında hamısı ciddi rəqiblərdi. Özünüz də görürsünüz. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Fikrimcə, ən ağır birinci mərhələ olacaq.
 
- Son üç çempionluğu karyeranın sonlarında əldə etdin. Bunu nəzərə alaraq, karyeranın sonlarını “qızıl dövr” adlandırmaq olarmı?
- Olar, əlbəttə. Mənim üçün də gözlənilməz oldu karyeramın sonunun belə uğurlu olmağı. Həm milli komandada 100 oyun həddini keçdim, iki dəfə Avroliqanın qrup mərhələsində oynadıq, ardıcıl üç dəfə çempion olduq. Sonluğun bu qədər uğurlu alınacağını gözləmirdim.
 
- Məşqçilik kurslarında da iştirak etdin. Artıq məşqçi olmağa qərar vermisən?
- Hələ bu haqda qərar verməmişəm. Ola bilər ki, məşqçi olum, ola bilər menecer və ya futbolla bağlı hansısa bir işdə, ya da tamamilə futboldan uzaq sahədə çalışım. Hələ bu barədə qərar verməmişəm. Sadəcə olaraq vaxtdan səmərəli istifadə etmək istəyirəm.
 
- Rəşad Sadıqovu futbolsuz təsəvvür edə bilmirik. Özün necə düşünürsən?
- Böyük problemdi. Özüm də düşünəndə qalıram belə ki, nətər olacaq? Məhlədə futbol oynayacam, dostlarımla yığışacağıq. Ancaq çox çətin olacaq. Bu haqda düşünməməyə çalışıram.
 
- Rəşad özündən sonra əvəzedici olaraq kimi qoydu getdi?
- Mən kiməm ki, özümdən sonra kimisə əvəzedici qoyum? O qədər yaxşı futbolçular var ki, məndən də yaxşı oynayacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.