21 may 2016 00:25
Kamran Ağayev: Kəpəzin Gəncədə Qəbələyə uduzacağını gözləmirdim
"İnter"in qapıçısı Kamran Ağayev Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Zirə" üzərində qazandıqları qələbəni (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydana qalib gəlmək, bürünc medalları qazanmaq üçün çıxmışdıq. Etiraf edim ki, "Kəpəz"in "Qəbələ"yə Gəncədə məğlub olacağını gözləmirdim. Amma futbolda belə hallar olur. Necə ki, biz də avrokuboklara vəsiqə qazandığımız halda, bu il sanksiyaya görə oynaya bilməyəcəyik".
