21 may 2016 00:10

Tahir Gözəl: Qarabağın ÇL-in qrupuna düşmək üçün gücü və imkanı var

Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə yekun vuruldu. Azerisport.az xəbər verir ki, "Qarabağ" son turda AZAL üzərində qazandığı qələbədən (3:0) sonra çempionluq kubokuna və qızıl medallara qovuşdu.

Tədbirdən sonra jurnalistlərə müsahibə verən ağdamlıların prezidenti Tahir Gözəl çempionluğu şərh etməklə yanaşı, komandanın gələcək planlarından söz açıb:

- Çempion olduğumuz üçün sevincliyəm. Sevincimizin həddi-hüdudu yoxdu. Amma bununla kifayətlənmək fikrimiz yoxdur. Növbəti mövsümdə yenə çempionluq uğrunda mübarizə aparacağıq. Hədəfimiz yenə də qızıl medallardı.

- Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaq üçün hansı işlər görüləcək?
- Komandanın heyətinə baxanda fikirləşirəm ki, bugünkü "Qarabağ" ən güclü "Qarabağ"dı. Düzdü, vaxtımız da azdı. Ancaq biz Qurban Qurbanova dəstək olacağıq. Allaha şükür, buna gücümüz və imkanımız çatır. Qalan işlər isə məşqçilərə aiddi. Biz öz dəstəyimizi əsgəməyəcəyik.

- Azarkeşlər çempionluq kubokunun Ağdama aparılmasını tələb edir. Onların çağırışına cavabınız necə olacaq?
- Böyük məmnuniyyətlə bunu edəcəyik. Biz Bakıda rahat, qorxmadan yaşayırıq. Bunu da sərhəddə xidmət edən əsgərlərə borcluyuq. Mənim digər istəyim də ondan ibarətdi ki, sevincimizi gedib əsgərlərlə bölüşək. Belə bir arzumuz var. Ölkə kubokunun finalında sonra uyğun bir vaxtda sərhəddə gedib, xalqla sevincimizi bölüşəcəyik.

- Büdəcənin artırılması nəzərdə tutulub?
- Bizim büdcədə azalma olmayıb ki. Daima maliyyə durumumuz sabit olaraq qalıb. Baş məşqçiyə də demişəm ki, daha yaxşı futbolçuya ehtiyac olarsa, əlavə maliyyə dəstəyi verə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.