20 may 2016 22:15
Topaz Premyer Liqasının bombardiri mükafatlandırıldı
Topaz Premyer Liqasının 2015/16 mövsümünün bombardiri adını “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana qazandı. Azerisport.az xəbər verir ki, 36-cı turun AZAL ilə keçirilən görüşündə sonuncu – 3-cü qolun müəllifi olan Dani qollarının sayını 15 etdi.
Bununla da Nelson Bonilyanı qabaqlayan Dani Premyer Liqanın ən sərrast oyunçusu oldu.
İspaniyalı futbolçuya xüsusi mükafat bu gün keçirilən “Qarabağ” – AZAL görüşündən dərhal sonra təqdim olundu.
