20 may 2016 21:45
Qarabağa çempionluq kuboku təqdim olundu
Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan "Qarabağ" - AZAL oyunundan sonra mükafatlandırma mərasimi baş tutub.
Amma çempion "Qarabağ"dan öncə kürsüyə cari mövsümün gümüş mükafatçısı - "Zirə" futbolçuları çıxıblar. Premyer Liqanın debütanı "İnter"ə qarşı səfər oyunundan dərhal sonra "Azərsun Arena"ya təşrif buyurmuşdu.
Ardından isə çempion komanda mükafatlandırıldı. Medalları və kuboku Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib.
15 qolla çempionatın bombardiri olan "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana da mükafatsız qalmayıb. Ona bombardirlik kuboku təqdim olunub.
