20 may 2016 20:20
Zaur Svanadze: Mövsüm bizim üçün yaxşı alındı
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bütövlükdə, baş məşqçi kimi komandamın keçirdiyi mövsümdən razı qaldım. Çünki mövsümün əvvəlində bizim dördüncü olacağımızı deyən olsaydı, buna heç kim inanmazdı. Hər kəsə, bütöv kollektivimizə gördüyü işə görə təşəkkürümü bildirirəm. Əlbəttə, elə oyunlar oldu ki, daha yaxşı çıxış edə bilərdik. Amma bütövlükdə mövsüm bizim üçün yaxşı alındı".
