20 may 2016 17:20

Fərhad Vəliyev: Finalda qapını mən yox, İbrahim Şehiç qoruyacaq

"Qarabağ"ın qapıçısı Fərhad Vəliyev Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Mövsümün son oyunundan nə gözləyirsiniz?
- Doğma azarkeşlər önündə oynayacağıq. Buna görə də mövsümü qələbə ilə başa vurmaq istəyirik. "Rəvan"a da qalib gəlməyi planlaşdırmışdıq. Amma alınmadı. Ona görə də AZAL-la oyunda 3 xal qazanmağa çalışacağıq.

- "Rəvan" necə oldu ki, sizin 11 oyunluq qələbə seriyanıza son qoydu?
- Heç bir futbolçu, heç bir komanda uduzmağı istəməz. Amma biz "Rəvan"la oyunda məğlubiyyətdən qaça bilmədik. Qapımıza penalti təyin olundu, futbolçumuz qırmızı vərəqə ald. Bunlar oyunumuza təsirsiz ötüşmədi. Hesabı bərabərlşdirsək də, öz səhvimizdən daha bir qol buraxdıq.

- İkinci qolda sizin də səhviniz oldu. Oyundan sonra Qurban Qurbanov sizə iradını bildirdi?
- O, tək mənə yox, hamımıza irad bildirdi.

- "İnter"lə kubok oyununda penaltini qaytardığınız halda, "Rəvan"la görüşdə Ramazan Abbasov sizi məyus etdi...
- Mən düzgün istiqamət seçmişdim, Ramazanın zərbə vurduğu küncə tullandım. Amma bir qədər gecikdim.

- Bu mövsüm cəmi iki matçda meydana çıxmısınız. Az deyil?
- Çox azdır. Daha çox oynamaq lazımdır. Komandama kömək etmək üçün əlimdən gələni edirəm.

- AZAL-la oyundan sonra sizi "Neftçi" ilə kubokun final görüşü gözləyir. Sizi həmin oyunda da qapıda görə biləcəyik?
- Fikrimcə, görə bilməyəcəksiniz (gülür). Yəqin ki, ehtiyatda olacağam. Qapıda İbrahim Şehiç duracaq. Həmin oyunda da qələbəyə oynayacağıq. AZAL-a qalib gəlib, final matçına daha motivasiyalı çıxmaq lazımdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.