20 may 2016 17:00
Kərim Diniyev: Zirədən İnter üzərində qələbə gözləyirəm
"Kəpəz"in müdafiəçisi Kərim Diniyev Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim mövsümdəki son matçımızdır. Ona görə də qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Bu qələbə bizə bürünc medal da qazandıra bilər. Özü də doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Üçüncü yeri tutmağımız üçün digər əsas rəqibimiz - "İnter"in də "Zirə" ilə oyunda xal itirməsi lazımdır. Aydın məsələdir ki, mən "Zirə"dən qələbə gözləyirəm. Amma bütün diqqətimiz öz oyunumuza yönəlib və digər matç barədə düşünmürük".
