20 may 2016 16:40
Rəvan rəhbərliyi komanda üzvlərini mövsümün son matçına çıxmağa razı sala bildi
"Rəvan" rəhbərliyi ötən aylardan qalan borclarını ala bilmədikləri üçün məşqə çıxmayan, hətta Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran"la oyuna da çıxmaq istəməyən futbolçuları yola gətirə bilib. Azerisport.az xəbər verir ki, komanda üzvləri bir ayın maaşını alıblar.
Qalan borcun da ödəniləcəyinə söz verilib. Yalnız bundan sonra futbolçular "Xəzər Lənkəran"la matça çıxmağa razı olublar.
