20 may 2016 15:20
Hacı Əhmədov: Taleyimiz öz əlimizdə olmasa da, Avroliqada oynamağı çox istəyirik
AZAL-ın yarımmüdafiəçisi Hacı Əhmədov Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyunun çətin keçəcəyini bilirik. Ona görə də bu görüşə ciddi hazırlaşırıq. Ümid edirəm ki, bu görüşdə qələbə qazana biləcəyik. Bizim hələ Avropa Liqasına vəsiqə qazanmaq şansımız qalır. Elə isə niyə bundan istifadə etməyək? Avroliqada oynamağı çox istəyirik. "Qarabağ"la görüşdə öz oyunumuzla buna layiq olduğumuzu isbatlamağa çalışacağıq. Amma təbii ki, hər şey öz əlimizdə deyil. "Sumqayıt"ın da eyni zamanda "Neftçi"yə qalib gəlməsi lazımdır. Həmin görüşün nəticəsindən çox şey asılıdır".
