20 may 2016 15:00

Bakıdakı AÇ-nin finalçıları bir-birinə meydan oxudular

Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının finalına yüksələn İspaniya və Portuqaliya yığmalarının baş məşqçiləri və kapitanları sabah baş tutacaq final matçı öncəsi bu gün mətbuat konfransı keçiriblər. Azerisport.az xəbər verir ki, onlar həlledici görüş öncəsi jurnalistlərin suallarını cavablandırıblar:

- Bakıdakı stadionların hamısını gördünüz. Finalın hansı arenada keçirilməsini istərdiniz?
- Santi Deniya (İspaniya yığmasının baş məşqçisi): Mənim üçün fərqi yoxdur. Əsas odur ki, biz finala yüksəlmişik. Bizim arzu və istəyimizi soruşan yoxdur. Qərarı UEFA qəbul edir.
- Elio Souza (Portuqaliya yığmasının baş məşqçisi): Bakı Olimpiya stadionunda oynamaq mənə daha xoş olardı. Amma qərarın "Bakcell Arena"nın lehinə verilməsi də bizim üçün problem deyil. Orada da yaxşı atmosfer olur. Kompakt stadiondur.

- Final matçından nə gözləyirsiniz?
- Deniya: Bərabər səviyyəli oyun olacaq. Hər iki komanda finala çıxmağa layiq idi. Portuqaliyanın güclü komandası var. Fikrimcə, bu görüşün taleyini xırda detallar həll edəcək.
- Manu Morlanes (İspaniya yığmasının kapitanı): Baş məqçimizin dedikləri ilə razıyam. Bütün azarkeşləri bu oyuna dəvət edirəm. Çox maraqlı final olacaq.
- Souza: Hər iki komanda uzun yol qət edib. Çoxlu rəqib məğlub etmişik. Final da maraqlı olacaq. Azarkeşlərin bu oyundan həzz alacağına şübhə etmirəm.
- Dioqo Keyruş (Portuqaliya yığmasının kapitanı): Hər iki komanda çox güclüdür. Şəxsən mən Avropa çempionu olmağı çox istəyirəm. Amma buna nail olmaq çətin olacaq. Çünki İspaniya güclü rəqibdir.

- Qalib əsas vaxtda müəyyənləşməyə də bilər. Penalti seriyasına hazırsınız?
- Deniya: Məsələnin penaltilərə qədər uzanmasını istəməzdim. Qalibin 80 dəqiqə ərzində müəyyənləşməsini istərdim. Penaltini nə qədər məşq edirsən et, sonra onsuz da hər şey fərqli olur. Amma yenə də penalti seriyası olacaqsa, buna hazırıq.

- Razısınız ki, İspaniya hazırda Avropa futbolunda dominantlıq edir?
- Souza: Bəli, razıyam. İspanlar Avropa futbolunda hegemonluq edir. Onlar gənclər arasında Avropa çempionu titulunu yeddi dəfə qazanıblar, Portuqaliya isə beş dəfə. Bizim də güclü futbolçularımız var. Statistika bizi qorxutmur. Futbolçularıma inanıram.

- Final matçında necə oynamağa hazırlaşırsınız?
- Souza: Həmişə oynadığımız kimi. Amma rəqibin necə oyun təklif edəcəyindən də çox şey asılı olacaq. İspaniya hücum etməyimizə şərait yaradacaqsa, bunu edəcəyik. Buna imkan verməyəcəkləri halda da onları meydanın özümüzə aid hissəsində qarşılamalı olacağıq.
- Deniya: Bundan əvvəlki matçlardakı kimi oynayacağıq. Rəqibin səhvlərindən yararlanmağa çalışacağıq. Hücum edəcəyik. Biz buraya ən pis statistika ilə gəlmişik. Amma inanıram ki, sabah çempion olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.