20 may 2016 13:45
Zaur Svanadze: Hər şey öz əlimizdədir
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi vacib matç gözləyir. Hazırlaşmışıq. Ölkənin üçüncü komandası olmaq şansını əldən verməməliyik. Hər şey öz əlimizdədir. Amma asan olmayacaq. Düzdür, "Zirə"nin bu oyun üçün xüsusi motivasiyası qalmayıb. Amma belə komandalarla oynamaq heç də asan olmur. Çünki onların itirəcəyi heç nə yoxdur. Rəqib sakitcə, təzyiq hiss etmədən öz oyununu oynayacaq. Təəssüf ki, biz bu oyuna da itkilərlə çıxacağıq".
