20 may 2016 13:15
İspaniyalı baş məşqçi: Azərbaycan yığması Avropanın ən yaxşılarından biridir
Futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venansio Lopes Kolumbiyada keçiriləcək dünya çempionatında Azərbaycan, İran və Mərakeşlə bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az xəbər verr ki, o, açıqlamasında bunları söyləyib:
"İranın böyük potensiala malik güclü yığması var. Azərbaycan yığmasını da unutmaq olmaz. Avropanın ən yaxşı komandalarından biri hesab olunur. Mərakeş də daxil olmaqla qrupumuzda yüksək səviyyəli rəqiblər cəmləşib. Hər bir komandadan sürpriz gözləməyə dəyər". (EFE)
