20 may 2016 12:15

Rizvan Fərzəliyev: İran və İspaniya yığmasından zəif deyilik

Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyevin azerisport.az saytına müsahibəsi

- Dünya çempionatının final mərhələsində İspaniya, İran və Mərakeşlə bir qrupda mübarizə aparacaqsınız...
- Çətin qrupa düşdük. Əlbəttə, belə bir turnirdə asan rəqib gözləməyə də dəyməzdi. Amma bizə lap güclü rəqiblər qismət oldu.

- Rəqibləri nə dərəcədə yaxşı tanıyırsınız?
- İspaniya yığmasını yaxşı tanıyırıq. Bir qitədə mübarizə apardığımıza görə, tez-tez onları iş başında görə bilirik. İranla son illərdə qarşılaşmamışıq. Amma oyunlarının videoyazısına baxmışam. Onlar çox güclüdürlər. Mərakeşli oyunçuları Hollandiya yığmasından tanımaq olar. Hansı ki, biz bu komanda ilə dünya çempionatına vəsiqə uğrunda pley-off oyunlarında qarşılaşmışdıq. Yalnız Mərakeş baxımından bəxtimiz bir qədər gətirdi. Ondan da güclü rəqiblə qarşılaşa bilərdik.

- Start matçımız da məhz Mərakeşə qarşı olacaq...
- Bax bu, ən yaxşı xəbərdir. Bu oyun bizim üçün həlledici olacaq. Qələbə qazansaq, qrupdan çıxmaq üçün əla şans yaxalayacağıq. Buna görə də mərakeşlilərə qalib gəlməyə borcluyuq. DÇ-də öz qruplarında üçüncü yeri tutan dörd ən yaxşı komanda da növbəti mərhələyə vəsiqə qazanır. Biz də ən azı bu şansdan yararlanmalıyıq.

- Deməli, üç xal da bəs edə bilər?
- Ola bilər. Amma digər oyunlarda böyük hesabla uduzmamaq lazımdır. Vurulan və buraxılan topların nisbəti vacib rol oynayır. Amma bizim hədəfimiz yalnız bu yolla qrupdan çıxmaq olmayacaq. İran və İspaniya dünyanın ən güclüləri hesab olunsa da, biz onlara qarşı da uğurlu oynamaq istəyirik. Ümid edirəm ki, Mərakeşə qarşı ilk oyundakı uğurlu nəticə bizim növbəti matçlara daha yaxşı köklənməyimizə şərait yaradacaq. Həm də biz ilk turdan sonra İran və İspaniyanı iş başında görəcəyik, necə oynadıqlarını biləcəyik. Özümüzü bu rəqiblərdən zəif saymırıq və onlarla rəqabət aparmağa hazırıq.

- Amma Azərbaycan yığması rəqiblərindən fərqli hazırda baş məşqçisizdir...
- Dünya çempionatının startına 3 aydan çox vaxt qalır. Vaxt nə çox, nə də az deyil. Rəhbərlik yaxın günlərdə öz seçimini edəcək. Uyğunlaşmaq baxımından problem olmayacaq. Yəqin ki, turnirə hazırlığa tez başlayacağıq. Yeni baş məşqçi həm də yeni taktika gətirəcək. Bunun üçün də çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.