Balayevin klubu Nürnberqlə ilk pley-off matçında bacarmadı
Almaniyanın əsas Bundesliqasında 16-cı yeri tutaraq elitanı tərk etmək təhlükəsi ilə üzləşən "Ayntraxt" klubu ikinci Bundesliqada üçüncü yeri tutmuş "Nürnberq"lə ilk pley-off matçına çıxıb. Azerisport.az xəbər verir ki, bu pley-off mübarizəsindən qalib çıxacaq kollektiv növbəti mövsümdən elitada, məğlub tərəf isə ikinci Bundesliqada çıxış edəcək.
Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası ilk oyunu doğma meydanda keçirib. Amma Frankfurt təmsilçisi aşağı liqadan gəlmiş rəqibini məğlub edə bilməyib. Tərəflər meydanı 1:1 hesablı heç-heçə ilə tərk ediblər. Bu isə cavab görüşündə "Nürnberq"in qələbə qazanaraq, elitaya yüksəlmək şansını artırıb. Hansı ki, həmin matçın mayın 23-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Balayev bu dəfəki matçda da iştirak ərizəsində yer almayıb.
