20 may 2016 00:35
Neftçidən azarkeşlər üçün xüsusi təklif
Azərbaycan kubokunun final matçı öncəsi “Neftçi” PFK-nın “onlayn-fanşop”u azarkeşlər üçün yeni məhsul təqdim edir. Azerisport.az xəbər verir ki, indi azarkeşlər cəmi 9,37 AZN ödəməklə “Final dəsti”nə (azarkeş forması, şərf, qələm, bloknot və final oyunu üçün 2 ədəd bilet) sahib ola bilərlər.
Qeyd edək ki, “Final dəsti”nin satışı may ayının 24-dək davam edəcək. Sifarişdən sonra klub nümayəndəsi qeyd etdiyiniz nömrə ilə əlaqə saxlayıb, məhsulu sizin üçün uyğun olan məkana çatdıracaq. Bakı ərazisinə çatdırılma pulsuzdur. Tələsin, təkliflər məhduddur!
